Budda heykəli insanların üzərinə düşüb
Tailandın Amnatçaren əyalətində bir monastırda 12 metrlik Budda heykəli qəfil aşaraq insanların üzərinə düşüb.
BAKU.WS The Thaiger nəşrinə istinadən xəbər verir ki, rahiblər beton əsası formadan çıxararkən heykəl qəfil uçub. Nəticədə altı nəfər heykəlin qalıqları altında qalıb. Onlardan biri hadisə yerində dünyasını dəyişib, beş nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Yerli sakinlər hadisənin səbəbini "şər ruhların müdaxiləsi" ilə əlaqələndirirlər. Onların sözlərinə görə, tikinti işləri zamanı bir neçə bədbəxt hadisə baş verib. Əfsanəyə əsasən, həmin ərazidə əvvəllər qədim bir ev olub və torpaqla bağlı ruhlar dəyişikliklərdən narazı qalıblar.
Monastır rəhbəri Viraçate Çinvanso isə bu iddiaları rədd edərək hadisəni texniki səhvlərlə izah edib. Onun sözlərinə görə, layihəyə rəhbərlik edən başqa bir məbəddən olan rahib beton töküldükdən bir gün sonra qəliblərin çıxarılmasına qərar verib. Çinvanso bu addımın riskli olduğunu bildirsə də, həmin şəxs prosesi təhlükəsiz hesab edib.
Monastır rəhbəri hadisədən sonra ruhların sakitləşdirilməsi üçün dini mərasim keçirəcəyini də bildirib.
Oxşar xəbərlər
Bakı, köklü dəyişikliklər astanasında - 2040-ci ilə qədər nələr olacaq?
Bakının siması dəyişəcək. Bir yox bir neçə mikrarayon salınacaq… Xezerxeber.az xəbər verir ki, Binəqədi rayonu ərazisində tikilməsi nəzərdə tutulan 10-cu mikror...