Bu "arıqlama çay"ları təhlükəlidir - XƏBƏRDARLIQ

Bu arıqlama çayları təhlükəlidir - XƏBƏRDARLIQ
Video
Digər 84

Ölkəyə gətirilən "arıqlama çayı və qəhvələri"ndə güclü ziyanverici təsirə malik maddə aşkarlanıb.

Xezerxeber.az-ın məlumatına görə, bu barədə Səhiyyə Nazirliyi və Dövlət Gömrük Komitəsi birgə məlumat yayıb. Bildirilib ki, son dövrlərdə elektron ticarət yolu ilə kütləvi formada ölkəyə gətirilən "arıqlama çayı və qəhvələri" ilə əlaqədar gömrük orqanlarında araşdırma aparılıb. Nəticədə qeyd olunan məhsulların tərkibində güclü təsirə malik "sibutramin" maddəsinin olduğu aşkarlanıb.

Bildirilib ki, "sibutramin" tərkibli məhsullar insan orqanizmi üçün təhlükəlidir və sağlamlığa ciddi təsir göstərir. Bu səbəbdən də tərkibində "sibutramin" olan məhsulların dövlət qeydiyyatına alınması qadağan edilib.

Bəs arıqlama çayları və qəhvələrində gizli şəkildə istifadə olunan sibutramin maddəsinin zərərləri nədən ibarətdir? Professor Adil Qeybulla bildirir ki, çox təhlükəli maddə olan sibutramin bir çox ölkələrdə qadağan edilib. Sibutramin qan təzyiqini və ürək döyüntüsünü artırır. Bu da infarkt və insult riskini yüksəldir. 

Adil Qeybullanın sözlərinə görə, arıqlama çaylarının insanda aclıq hissini aradan qaldırması da məhz bu maddənin hesabına baş verir.

Qeyd edək ki, hər iki qurum əhaliyə piylənmə ilə mübarizə üçün sağlam həyat tərzi, düzgün qidalanma və fiziki aktivlik kimi elmi cəhətdən təsdiq olunan üsullara üstünlük verməyi, sağlamlığa ziyan gətirən belə məhsulların istifadəsindən uzaq durmağı tövsiyə edib.

Son xəbərlər