Yaqut Müseyiblinin səs yazısı yayıldı: Araşdırma BAŞLANILDI

Sosial şəbəkələrdə Bakı şəhərində yerləşən 207 nömrəli tam orta məktəbin direktoru Yaqut Müseyibliyə məxsus olduğu iddia edilən səs yazısı yayılıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, iddialara görə səs yazısında o, "Son zəng" üçün pul yığılmasını tələb edir və pul verməyən şagirdlərin tədbirdə iştirakına icazə verilməyəcəyini qeyd edir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) bildirilib ki, paytaxtdakı 207 nömrəli tam orta məktəbdə "Son zəng" tədbirinə görə məktəb direktoru tərəfindən vəsaitin tələb olunmasına dair iddialarla bağlı araşdırma aparılacaq.
"Tədbirin təşkilinə dair Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq təlimatı məktəb rəhbərinin nəzərinə çatdırılıb, tədbirin keçirilməsi ilə bağlı tələblərə əməl olunması barədə aidiyyəti tapşırıqlar verilib.
Aparılan araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək", - məlumatda qeyd edilib.
Oxşar xəbərlər
"Podiumda gəzən" piyadalar, "sürət yarışı"na çıxan sürücülər
Baku TV-nin "Necə olmalıdır?" podkastının yeni buraxılışı yayımlanıb. Budəfəki buraxılışda yol qəzaları və psixoloji səbəblər mövzusu müzakirə edilib. "Yol verm...
