Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
22
yan
2025
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda və Abşeron yarımadasında yanvarın 22-də axşamdan yanvarın 23-də səhərədək arabir yağış yağacağı gözlənilir.
BAKU.WS xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Qeyd olunub ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi ehtimal olunur.
Azərbaycanın bəzi rayonlarında yanvarın 23-də hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Əsasən şərq rayonlarında isə yağıntının qısamüddətli intensivləşəcəyi, dağlıq rayonlarda qar yağacağı ehtimalı var.
Oxşar xəbərlər
"Nəvələrim dedi, Prezidentlə şəkil çəkdir, başımızın üstündən asaq"
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsini...