Axund Azər: "Bəzi məsələlər üçün nə imam, nə də peyğəmbər lazımdır"

Axund Azər: Bəzi məsələlər üçün nə imam, nə də peyğəmbər lazımdır
Video
Digər 407

Baku TV-nin "Qapqara" verilişinin yeni buraxılışı yayımlanıb.

Proqramın qonağı axund Azər Sani olub. Ölümdən söz açan A.Sani bildirib ki, insan necə yaşayırsa, elə də dünyasını dəyişir:

"Ölüm Allaha qovuşmaq olduğu üçün "rəhmət" adlanır. Allahın rəhməti insanların günahlarından daha böyükdür. Yaradan kəramət sahibidir. İnsan Allaha elə bağlanmalıdır ki, ona etdiyi qulluq minnət yox, ruhun ehtiyacı kimi olmalıdır. Bəzən dünyadan elə yapışırıq ki, sanki heç vaxt ölməyəcəyik. Elə bilirik ki, ölüm başqaları üçündür".

Axundun sözlərinə görə, insanın bütün yaşayışı tövhidə, Allaha yaxınlaşmağa yönəlməlidir:

"Allahın calal və camal sifətləri var: calal qəzəb, camal isə rəhmət sifətləridir. Bütün dinlərdə belə qanunlar var: insan yalan danışmaz, oğurluq etməz, böhtan atmaz, zinadan uzaq olar və s. Bunlar fitri qanunlardır, onlara nə imam, nə də peyğəmbər lazımdır. Lakin elə qanunlar var ki, insanın ruhunu böyütməlidir. Həmin məsələdə isə ağıl rol oynamır. Allah deyir ki, namaz qıl, oruc tut. Onun elçisi isə bunları necə etməyin yollarını izah edir".

Ətraflı süjetdə:

Oxşar xəbərlər

Heç kəslə asanlıqla dost ola bilməyən bürclər

Heç kəslə asanlıqla dost ola bilməyən bürclər

Astrologiyada bəzi bürclərin daha çətin ünsiyyət quran, təklik sevən və ya insanlarla asan dostluq qura bilməyən xüsusiyyətlərə malik olduğu düşünülür. Bu o dem...

692 Digər 23:59 03 iyul 2025

Son xəbərlər