Avtomobillər texniki baxışdan yeni qaydalarla keçiriləcək

Avtomobillər texniki baxışdan yeni qaydalarla keçiriləcək
Digər 3352
 

Azərbaycanda nəqliyyat vasitələrinin dövlət qeydiyyatından keçirilməsi və daimi uçota alınması üçün mühərrik, ban və şassi nömrələrini, habelə rəngini tutuşdurmaq məqsədilə müayinə edildikdən sonra texniki baxışdan keçiriləcək.

BAKU.WS reporta istinadən xəbər verir ki, bununla bağlı "Yol hərəkəti haqqında” qanununa dəyişikliklər təklif edilir.

Layihə Milli Məclisə prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə daxil olub.

Layihəyə əsasən, bu qanunun 27-ci maddəsinin ikinci hissəsinin 2-5-ci bəndlərində və üçüncü hissəsində nəzərdə tutulmuş nəqliyyat vasitələri, həmçinin avtobuslar, icazə verilən maksimum kütləsi 3.5 tondan artıq olan yük avtonəqliyyat vasitələri, təhlükəli yüklərin daşınması üçün xüsusi təyinatlı texniki təhlükəsizlik üzrə uyğunluq sertifikatı olan nəqliyyat vasitələrinin - istehsal olunduğu vaxtdan 1 il müddətinə texniki baxışdan keçirilməməsi nəzərdə tutulur.

Qanuna əsasən, istehsal olunduqları vaxtdan 4 il keçdikdə 2 ildə bir dəfə, istehsal olunduqları vaxtdan 10 il keçdikdə - ildə bir dəfə texniki baxışın keçirilməsi nəzərdə tutulur.

Bu təklif texniki baxışı həyata keçirən qurumların fəaliyyətinin təkmilləşdirilməsinə xidmət edir.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

BAKU.WS

Oxşar xəbərlər

DYP-dən yenilik: Texniki baxışdan keçməyənlərə MMX protokol göndəriləcək

DYP-dən yenilik: Texniki baxışdan keçməyənlərə MMX protokol göndəriləcək

Azərbaycanda texniki baxışdan vaxtında keçməyən avtomobilin sürücüsünə elektron protokol (MMX) tərtib oluna bilər. Bu barədə Avtosfer.az-a DİN Baş Dövlət Yol Po...

3617 Sosial 13:15 18 aprel 2017

Son xəbərlər