Aİ "Avropa kosmik qalxanı" yarada bilər
Avropa Komissiyasının (AK) müdafiə və kosmos üzrə komissarı Andrius Kubilius kosmik fəzada müdafiə səylərini birləşdirməyə kömək etmək üçün "Avropa kosmik qalxanı" yaratmağa çağırıb.
"Report"un "Politico"ya istinadən verdiyi xəbərə görə, bunu o, 17-ci Avropa Kosmik Konfransında çıxışında deyib.
"Mən üzv dövlətlərlə və kosmos komandanlığı ilə təhdidlərə, o cümlədən hərbi təhdidlərə nəzarət etmək üçün Avropanın kosmos sahəsinə dair məlumatlılığın artırılması imkanlarına baxmaq üçün dialoqa başlamaq istəyirəm", - Kubilius bildirib.
O hesab edir ki, bu addımlar Aİ-nin kosmosda müdafiə səylərini birləşdirəcək Avropa kosmos qalxanına gedən yolda tikinti blokları olacaq.
"Avropa kosmosda liderliyini qoruyub saxlamalıdır", - Avropa komissarı deyib.
Oxşar xəbərlər
Vətən müharibəsi iştirakçısı daşlara həkk olunan məsuliyyətsizlikdən danışdı: "Şəhidlərin adları qəlbimizə yazılıb"
Qayaya yox, yaddaşa ad yazmaq istəyənlər Şuşada qanını axıtdı. İndi həmin qayaların mövcud olduğu Cıdır düzü bu mənada Şuşanın adi gəzinti məkanından daha çox,...