ABŞ-də qiyamət günü üçün lüks bunkerin tikilməsi planlaşdırılır

ABŞ-də qiyamət günü üçün lüks bunkerin tikilməsi planlaşdırılır
Digər 104

ABŞ-da zəngin elit şəxslər üçün lüks bunkerin tikilməsi planlaşdırılır.

BAKU.WS xəbər verir ki, The Daily Mail-in məlumatına görə, ABŞ-nin Virciniya ştatında, Vaşinqton yaxınlığında zəngin elit təbəqə üçün lüks doomsday (qiyamət günü) bunkeri tikiləcək.

SAFE adlı ABŞ mərkəzli şirkət qlobal fəlakət halında dünyanın ən zəngin 625 nəfərini qəbul edə biləcək, dəyəri 300 milyon dollar olan lüks qala tikməyi planlaşdırır. "Aerie" adlandırılan bu yeraltı bunker qonaqlarına qiyamət günü belə əsl dəbdəbəni yaşatmaq üçün nəzərdə tutulub. Buraya lüks qastronomik restoranlar, qapalı üzgüçülük hovuzu, süni intellektlə idarə olunan tibbi xidmət, boulinq zalı və dırmanma divarı daxildir.

Layihənin 2026-cı ildə istifadəyə verilməsi planlaşdırılır. Hər bir şəxs bu sığınacaqda yer əldə etmək üçün 20 milyon dollar ödəməlidir.

Bunkerin Ağ Evə yaxın yerləşməsi diqqət çəksə də, layihə rəhbərləri bunun yalnız təsadüf olduğunu və qlobal gərginliklər və ya Üçüncü Dünya Müharibəsi ehtimalı ilə əlaqəli olmadığını vurğulayıblar.

Oxşar xəbərlər

Fransanın iç üzü: neokolonializmə qarşı çıxanlar zorakılığa məruz qalır, həbs edilir

Fransanın iç üzü: neokolonializmə qarşı çıxanlar zorakılığa məruz qalır, həbs edilir

Fransanın keçmiş müstəmləkələrinə, dənizaşırı ərazilərinə qarşı aqressiyası səngimir. Hər vəchlə xalqların azadlıq və müstəqillik istəyinə qarşı çıxır, zorakılı...

0 Digər 18:47 24 yanvar 2025

Son xəbərlər