3D ilə çap olan silahla adam öldürdülər

ABŞ-nin United Healthcare şirkətinin baş direktoru Braian Tompsonun qətlə yetirilməsində istifadə edilən 3D printerdə çap edilmiş "Chairmanwon V1" tapançası müasir dövrün təhlükəli texnologiyalarından birinə çevrilib.
BAKU.WS ferra.ru-ya istinadən xəbər verir ki, cinayəti törətməkdə şübhəli bilinən 26 yaşlı Luigi Mansione həbs edilib.
Chairmanwon V1 modeli FMDA 19.2-dən modifikasiya edilmiş, 3D çap texnologiyası ilə hazırlanmış bir silahdır. Bu model əvvəlki prototiplərdən fərqli olaraq daha etibarlı və təkrar istifadə üçün uyğundur.

Tapança 3D çap komponentlərini kommersiya hissələri - lülələr və boltlar - ilə birləşdirir və bu, onu davamlı istifadəyə uyğun hala gətirir.
Texnologiyanın bu şəkildə istifadəsi 3D çap edilmiş silahların artıq sadəcə eksperimental vasitə olmaqdan çıxdığını, real və təhlükəli bir silaha çevrildiyini göstərir. Bu hadisə müasir texnologiyanın tənzimlənməsinin zəruriliyini daha da aktuallaşdırır.

Oxşar xəbərlər
Yaşlı insanlar temperatur dəyişikliklərini daha asan necə keçirə bilər?
Rusiyalı gerontoloq həkim Valeriy Novoselov bildirib ki, lazımi dərmanların qəbulu, hava şəraitinə uyğun geyim və şəhərdən kənar səfərlər yaşlı insanlara temper...