Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
01
apr
2026
16:36
FIFA referisi Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb.
BAKU.WS AFFA-ya istinadən xəbər verir ki, o, 19 yaşadək qadınlar arasında Avropa çempionatının seçmə mərhələsinin II raundunun 3 oyununda fəaliyyət göstərəcək.
F.Lütfəliyeva B qrupunun aprelin 12-də Kosovo-Moldova, 18-də Moldova-Litva matçlarının baş hakimi, 15-də Kosovo-Litva görüşünün ehtiyat hakimi olacaq.
Digər referi Gülnurə Əkbərzadə isə hər üç qarşılaşmada baş hakimin köməkçisi funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, oyunlar Litvanın Kaunas şəhərində keçiriləcək.
Oxşar xəbərlər
Kəlbəcərə sulu qar yağıb
Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin axşamdan bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır. BAKU.WS xəbər verir ki, xəbər ver...