“Marakana” stadionu koronavirus xəstəxanasına çevrilir

01
apr
2020
14:50
Braziliyanın Rio-de-Janeyro şəhərindəki məşhur “Marakana” stadionu koronavirusla mübarizə üçün müvəqqəti xəstəxanaya çevrilir.
BAKU.WS “Anadolu” agentliyinə istinadən xəbər verir ki, burada 400 yataq quraşdırılacaq.
Məlumata görə, stadionun ot örtüyü qorunacaq, ətrafındakı qaçış zolağı, bina daxilindəki yerlər isə xəstəxana, logistika mərkəzi və anbar olaraq istifadə ediləcək.
Bununla da Braziliyada müvəqqəti xəstəxanaya çevrilən stadionların sayı 8-ə çatacaq.
Qeyd edək ki, 210 milyon əhalisi olan Braziliyada bu günə qədər 5812 nəfər koronavirusa yoluxub, 212 nəfər ölüb.
Oxşar xəbərlər
Ermənistanda koronavirusa yoluxanların sayı artır - Qonşu ölkələrdə son durum
Ermənistanda koronavirusa yoluxanlarn sayı 571 nəfərə çatıb. BAKU.WS xəbər verir ki, ölkədə sutka ərzində daha 39 nəfər virusa yoluxub. Ölkə üzrə pandemiyadan...
