İsrail İranla münaqişədə aviasiya itkilərini açıqladı
30
iyn
2025
23:36
"İsrail Hərbi Hava Qüvvələri İranla silahlı münaqişə zamanı bir ədəd də olsun pilotlu təyyarə itirməyib".
BAKU.WS Oxu.Az -a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (SAXAL) nümayəndəsi Avixay Edri məlumat verib.
"Nə bir ədəd də olsun İsrail təyyarəsi, nə də döyüş helikopteri vurulmayıb. İran yalnız bir neçə pilotsuz uçuş aparatı vura bilib və biz bunu açıq etiraf etdik", - o deyib.
İsrail ordusunun sözçüsü qeyd edib ki, İranın vurulan İsrail döyüş təyyarələri ilə bağlı bütün iddiaları yalan və reallıqla heç bir əlaqəsi olmayan təbliğatdır.
Oxşar xəbərlər
WSJ: İran gəmiləri Hörmüz boğazında ABŞ tankerini saxlamaq istəyib
İranın altı hərbi gəmisi Omanın şimalındakı Hörmüz boğazında ABŞ tankerinə yaxınlaşaraq heyətə mühərriklərini söndürməyi və gəmi göyərtəsinə daxil olacaqları ba...