Bakıda parklanmış maşın qəfil YANDI - ANBAAN VİDEO

Səhər saatlarında Bakıda maşın yanıb.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, hadisə səhər saat 07:40 radələrində Tbilisi prospektində qeydə alınıb.
Belə ki, məhəllələrdən birində park halında olan "Hundai" markalı avtomabil alovlanıb. Həmin vaxt sakinlərin əksəriyyəti yuxuda olduğundan yaxınlıqdakı təmizlik işçisi hay-küy salaraq onları oyadıb. Nəticədə park halında olan digər maşınlar yanmaqdan xilas edilib.
Daha sonra əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb olunub. Yanğın qısa müddətdə söndürülməsinə baxmayaraq, nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.
Oxşar xəbərlər
85 yaşlı qadın döyülərək öldürüldü - Oğlu saxlanıldı
Sabirabadda döyüldüyü deyilən 85 yaşlı qadın xəstəxanada ölüb. BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Mürsəlli kəndində baş verib. Kən...