Fulya Öztürk koronavirusa yoluxdu - FOTO

“Xəbəri alar-almaz xəstəxanaya yollandım. Orada müalicəm başladı. Açıq deyəcəm, özəl xəstəxanalarda yer belə tapa bilmirdim”.
BAKU.WS xəbər verir ki, bu sözləri Azərbaycanın haqq səsini dünyaya çatdırmaqda yardımçı olan jurnalist Fulya Öztürk sosial şəbəkədə yazıb. O bildirib ki, koronavirusla artıq 7 gündür mübarizə aparır:
“Kiməsə bildirmək istəmədim. Eşidilməməsi üçün də xahiş etdim. Aldığım müalicə sayəsində xəstəliyi yüngül keçirirdim. Qan təhlillərim əvvəl pis gəlsə də o da düzəldi.
Bu gün 7 gündür xəstəxanadayam. Simptomlardan sümük ağrısı, əsasən ayaq ağrıları və nəfəs darlığı yaşadım. İndi yaxşıyam”.
Qalereya
Oxşar xəbərlər
Alimlər ölümcül infeksiyanın 6 formasını tapdı
London Kral Kollecinin alimləri koronavirusun yaratdığı xəstəliyin altı əsas formasının olduğunu bəyan ediblər. BAKU.WS “Report”a istinadla xəbər verir ki, hər...
