Təhsil Nazirliyinin təşkilatçılğı ilə “Mədəniyyət” və “ARB Günəş” telekanallarında yayımlanan “Dərs vaxtı” proqramının aprelin 29-na olan cədvəli açıqlanıb.

Nazirlikdən BAKU.WS-ə verilən məlumata görə, Azərbaycan bölməsi üçün sabah saat 10:00-da Fiziki tərbiyə; 10:10-da XI sinif – Biologiya, Kimya, İngilis dili, Ümumi tarix, Coğrafiya; 11:10-da X sinif - Biologiya, Kimya, İngilis dili, Coğrafiya; 11:50-də IX sinif - Biologiya, Kimya, İngilis dili, Coğrafiya; 12:35-də V sinif – İngilis dili, Riyaziyyat, Azərbaycan dili, Təsviri incəsənət; 13:15-də II sinif – Azərbaycan dili, Riyaziyyat, Musiqi; 13:35-də I sinif şagirdlərinə Azərbaycan dili, Riyaziyyat, Musiqi dərsləri olacaq.

Rus bölməsi üçün 14:00-da II sinif – Rus dili, Riyaziyyat, Həyat bilgisi; 14:20-də VIII sinif – Rus dili, Riyaziyyat, Fizika; 15:05-də X sinif – Rus dili, Biologiya, Fizika; 15:45-də XI sinif şagirdlərinə - Kimya, Biologiya, Coğrafiya dərsləri olacaq.

BAKU.WS