“Dərs vaxtı”nın sabaha olan cədvəli açıqlandı

Təhsil Nazirliyinin dəstəyi ilə “Mədəniyyət” və “ARB Günəş” kanallarında yayımlanan “Dərs vaxtı” verilişinin aprelin 7-nə olan cədvəli açıqlanıb.
BAKU.WS cədvəli təqdim edir:
Azərbaycan bölməsi
Saat 10:00-da Fiziki tərbiyə, saat 10:15-də VIII sinif üzrə Biologiya, Kimya, İngilis dili, Coğrafiya, saat 10:45-də VII sinif üzrə Biologiya, Kimya, İngilis dili, Coğrafiya, 11:20-də IV sinif üzrə Azərbaycan dili, Riyaziyyat, Təsviri İncəsənət, 11:50-də III sinif üzrə Azərbaycan dili, Riyaziyyat, Təsviri İncəsənət, saat 12:30-da II sinif üzrə Azərbaycan dili, Riyaziyyat, Təsviri İncəsənət, 13:00-da isə I sinif üzə Azərbaycan dili, Riyaziyyat, Təsviri İncəsənətdən dərslər keçiriləcək.
Rus bölməsi
Saat 14:00-da I sinif üzrə Rus dili, Riyaziyyat, Həyat bilgisi, saat 14:25-də VII sinif üzrə Rus dili, Fizika, Riyaziyyat, saat 15:00-da isə IX sinif üzrə Rus dili, Riyaziyyat və Fizika dərsləri yayımlanacaq.
Oxşar xəbərlər
“Dərs vaxtı” proqramının sabah üçün dərs cədvəli
Təhsil Nazirliyinin dəstəyi ilə “Mədəniyyət” kanalında yayımlanan “Dərs vaxtı” proqramının 1 aprel üçün nəzərdə tutulan dərs cədvəli açıqlanıb. Nazirlikdən BAKU...
