SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 73 yeni yoluxma faktı qeydə alınıb, 287 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan BAKU.WS-ə verilən məlumata görə, son sutkada koronavirusdan ölüm halı qeydə alınmayıb.

İndiyədək ölkədə ümumilikdə 335 065 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 328 197 nəfər müalicə olunaraq sağalıb, 4 951 nəfər vəfat edib.

Aktiv xəstə sayı isə 1 920 nəfər olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 515, bu günə qədər isə ümumilikdə 3 606 364 test icra olunub.

BAKU.WS