Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı - RƏSMİ

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı - RƏSMİ
Sosial 781

Azərbaycanda bu gün koronavirus infeksiyasına 140 yeni yoluxma faktı qeydə alınıb, 191 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə BAKU.WS-ə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Bildirilib ki, son sutkada 2 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 232 337 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 226 951 nəfər müalicə olunaraq sağalıb, 3 185 nəfər vəfat edib. Hazırda 2 201 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7631, bu günə qədər isə ümumilikdə 2 513 636 test icra olunub.

Son xəbərlər