Elmira Rəhimovadan səhhəti ilə bağlı açıqlama

08
may
2021
09:42
Bir müddət əvvəl səhhəti pisləşərək xəstəxanaya yerləşdirilən Xalq artsiti Elmira Rəhimovadan xəbər var.
BAKU.WS xəbər verir ki, “Səhər mərkəzi” verilişinə telefonla bağlanan sənətçi səhhəti ilə bağlı açıqlama verib.
O, hazırda vəziyyətinin yaxşı olduğunu bildirib:
“Özümü çox yaxşı hiss edirəm. Necə lazımdır, müalicə edirlər. Artıq 3 gündür xəstəxanadayam, müalicələrim davam edir. Yüksək temperatur, tənginəfəslik, boğulma kimi simptomlarım yoxdur”.
Qeyd edək ki, 79 yaşlı Xalq artsiti 3 gün əvvəl koronavirusa yoluxaraq FHN-in “Zığ” Modul Tipli Hospitalına yerləşdirilib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev: "Biz hətta seytnot vəziyyətdə lazımi addımları ata bilərik"
Modul tipli xəstəxanaların tez bir zamanda inşa edilməsi onu göstərir ki, biz hətta seytnot vəziyyətdə lazımi addımları ata bilərik. BAKU.WS-in məlumatına görə,...