Azərbaycandakı diplomatik korpusların rəhbərləri Şəhidlər xiyabanını ziyarət edirlər

Azərbaycandakı diplomatik korpusların rəhbərləri Şəhidlər xiyabanını ziyarət edirlər
Foto
Sosial 61

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva Şəhidlər xiyabanını ziyarət edib.

BAKU.WS xəbər verir ki, o bu barədə özünün rəsmi "X" sosial media hesabında paylaşım edib.

"Bu gün 1990-cı il yanvarın 20-də Bakıda baş vermiş faciəli hadisənin 35-ci ildönümüdür. Müstəqillik uğrunda mübarizədə həlak olanların xatirəsini yad etmək üçün Azərbaycan dövləti və xalqının yanındayıq", - paylaşımda qeyd olunub.

***

Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib.

BAKU.WS xəbər verir ki, o, bu barədə "X" hesabında paylaşım edib.

"Qanlı 20 Yanvar hadisələrində azadlıqları və Azərbaycanın müstəqilliyi uğrunda şəhid olan qəhrəmanları dərin hüznlə anıram", - deyə paylaşımda qeyd olunub.

***

Həmçinin ABŞ-nin Azərbaycandakı səfirliyi də 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə bağlı paylaşım edib.

BAKU.WS xəbər verir ki, səfirliyin müvəqqəti işlər vəkili Hüqo Qevara Şəhidlər xiyabanını ziyarət edib.

"Bu gün biz Qara Yanvarın faciəli hadisələrini ehtiramla yad edir, vətən uğrunda qəhrəmancasına canlarını fəda edənlərin xatirəsinə dərin hörmət göstəririk. Bu anım günündə onların verdikləri böyük qurbanı anaraq, ailələrinə və yaxınlarına səmimi başsağlığı veririk", - deyə müvəqqəti işlər vəkili Hüqo Qevara qeyd edib.

***

Fransanın Azərbaycandakı səfiri Ann Buayon da 20 Yanvar - Ümummilli Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib.

BAKU.WS xəbər verir ki, o, bununla bağlı "X" hesabında paylaşım edib.

"Bu gün biz həmkarlarımla birlikdə 1990-cı il 20 Yanvar qurbanlarının xatirəsini ehtiramla yad etdik", - deyə paylaşımda qeyd olunub.

Son xəbərlər