Elbay Qasımzadə: "Şəhidlərimizin ruhunu əks etdirəcək günbəzi şüşədən düzəltməyi nəzərdə tutmuşduq"
"Əbədi məşəl" abidə kompleksinin yaradılması ideyası ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə reallaşıb. Ulu öndər abidənin yerini şəxsən özü seçmiş və memarlarla görüşündə onun mahiyyəti və görkəmi haqqında tövsiyələrini vermişdi. Heydər Əliyev bizə dedi ki, bu abidə təkcə 20 Yanvar faciəsini deyil, bütövlükdə XX əsrdə Azərbaycan xalqının dəfələrlə üzləşdiyi faciələri - inqilabdan sonrakı repressiyaları, 1930-cu illər qırğınını, Ermənistandan qovulan soydaşlarımızın acılarını özündə əks etdirməlidir".
BAKU.WS xəbər verir ki, bu fikirləri Oxu.Az-a videomüsahibəsində Azərbaycan Memarlar İttifaqının sədri, 1989-2001-ci illərdə Bakı şəhərinin baş memarı olmuş Elbay Qasımzadə deyib.
O, ulu öndərin tapşırığı ilə cəmi doqquz günə hazırlanan layihənin təfərrüatını bölüşüb:
"İlkin layihədə abidənin günbəzini daşdan deyil, şüşədən nəzərdə tutmuşduq. Məqsəd gecə səmasında parlayan günbəzin şəhidlərimizin ruhunu əks etdirməsi idi. Heydər Əliyev bu ideyanı çox bəyəndi və inşasına cəmi iki ay vaxt verdi. Biz isə bu abidəni 45 günə inşa edə bildik".
Elbay Qasımzadə, həmçinin, 20 Yanvar faciəsi günü şahidi olduğu dəhşətli hadisələrdən, onları necə lentə almasından və o vaxt Ali Sovetin binasına niyə getməsindən söhbət açıb.
Ətraflı videomüsahibədə:
Oxşar xəbərlər
"İstismar müddətini bitirmiş 2 000-ə yaxın lift yenisi ilə əvəz olunacaq"
Bakı şəhərində istismar müddətini bitirmiş 2 000-ə yaxın lift yenisi ilə əvəz olunacaq". BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamas...