"İstismar müddətini bitirmiş 2 000-ə yaxın lift yenisi ilə əvəz olunacaq"
Bakı şəhərində istismar müddətini bitirmiş 2 000-ə yaxın lift yenisi ilə əvəz olunacaq".
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı şəhər "Lifttəmir" İstehsalat Birliyinin direktoru Xalid Ələkbərov deyib.
Onun sözlərinə görə, bu dəyişiklik, əsasən, köhnə binaları əhatə edəcək:
"Dövlət proqramına uyğun olaraq, Bakı şəhərində bizim xidmətimizdə olan köhnə binaların liftləri yenilənəcək. Son dörd il ərzində 1 206 yeni lift quraşdırılıb, istifadəyə verilib. Ümumiyyətlə, xidmətimizdə isə 5 400 lift mövcuddur".
Xalid Ələkbərov son zamanlar artan lift qəzaları ilə bağlı da danışıb:
"Bizim xidmətimizdə olan liftlərə mütəmadi olaraq monitorinqlər təşkil edirik. Xidmətimizdə olan liftlərdə qəza hallarına rast gəlinməyib".
Oxşar xəbərlər
Bakıda əmlak bazarında QİYMƏT ARTIMI: Torpaq və mənzillər bahalaşdı
Bakıda mənzil və torpaq qiymətləri bahalaşıb – yeni binalarda artım daha yüksəkdir "Bakıda daşınmaz əmlak bazarında qiymət artımı davam edir. Xüsusilə yeni tiki...