Vüsal Aslanov: "Metroda ekskalatorların dayandırılması əsasən sərnişinlərin davranışı ilə bağlıdır"

2024-cü ildə Bakı metrosunda ekskalatorlar 2 845 dəfə dayandırılıb və bunun cəmi 13 %-nin səbəbi istehsalatla bağlı olub.
BAKU.WS "report"a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin sədri Vüsal Aslanov bildirib.
"Ötən il biz 229-230 milyon sərnişin daşımışıq. Bu qədər insanın təhlükəsizliyini təmin etmək bizim üçün ən mühüm məsələlərdəndir. Bu istiqamətində tədbirlərimizi davam etdirəcəyik. Eyni zamanda sərnişinlərin də bir az daha məsuliyyətli davranmasını arzu edirik. Metroda 115 ekskalator var və onların dayandırılması əsasən sərnişinlərin davranışı ilə bağlıdır. Təəssüf ki, bunun da yarısı heç bir səbəb olmadan sərnişinlərin düymələrə basması nəticəsində olub. Bu, sərnişinlərdə narahatlıq və çaşqınlıq yaradır, metronun fəaliyyətini pozur. Eyni zamanda, qatar qapılarına müdaxilə edilməsi, düşən sərnişinlərə yol verilməməsi kimi hallar fəaliyyətimizə mənfi təsir göstərir. Sərnişinlərdən xahiş edirik ki, texniki təhlükəsizlik qaydalarına riayət etsinlər", - deyə o qeyd edib.
Oxşar xəbərlər
Bakıda ölüm mənbəyi - Bu yoldan keçmək təhlükəlidir
Bakıda daha bir ərazidə yolda deşik yaranıb. Bu barədə sakinlər BAKU.WS-in "qaynar xətti"nə məlumat veriblər. Bildirilib ki, Bakının Biləcəri qəsəbəsində, Asəf...