Qonşu ölkədə DƏHŞƏT - Valideynləri 2 yaşlı qızı ac-susuz saxlayıb öldürdü
Rusiyanın Komsomolskoye-on-Amur bölgəsində məhkəmə 2 yaşlı qızını acından öldürən 27 yaşlı qadın və 29 yaşlı kişini həbs edib.
BAKU.WS xəbər verir ki, bu barədə "Shotə teleqram kanalı məlumat yayıb.
Məlumata görə, müttəhimlər Pionerskaya küçəsində yerləşən evdə yaşayırdılar. Qadın yarım ştatda təmizlikçi, kişi isə tikinti sahələrində fəhlə və spirtli içki bazarında satıcı işləyirmiş.
Qızları dünyaya gələndən sonra normal həyat sürməyə çalışsalar da, bacara bilməyiblər. Qeyd olunur ki, oktyabrın sonunda uşağın çəkisi 10 kiloqramdan az olub. O, çətinliklə hərəkət edirmiş. Uşaq ayın sonunda həyatını itirib. O, valideynlərinin qohumları tərəfindən aşkarlanıb. Daha sonra əraziyə təcili yardım və polis çağırılıb. Cütlük saxlanılıb.
Cütlük əvvəlcə polisləri unandırmağa çalışıb ki, uşaq uzun sürən xəstəlik səbəbindən vəfat edib. Lakin tezliklə onların ifadələrində çaşqınlıq yaranmağa başlayıb. Məhkəmə-tibbi ekspertizası uşağın yaxşı qidalanmadığını göstərib.
Ata və ana valideyn olmağı planlaşdırmadıqlarını və uşaq dünyaya gətirmək istəmədiklərini bildiriblər. Onlar daha sonra qızlarından qurtulmaq qərarına gəliblər və sistemli şəkildə onu uzun müddət sudan və yeməkdən məhrum etmək fikrinə düşüblər.
Oxşar xəbərlər
Rusiyada işləyənlərə PİS XƏBƏR - 20 min əcnəbi ölkədən qovulacaq
"Qanunsuz 2024" əməliyyatı çərçivəsində 20 min əcnəbi Rusiyadan çıxarılacaq. BAKU.WS xəbər verir ki, bu barədə Lenta.ru-ya açıqlamasında Rusiya Daxili İşlər Naz...