Qazaxıstan tərəfindən AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı ƏN SON MƏLUMATLAR
Hazırda hadisə yerində təyyarə konstruksiyalarının sökülməsi istiqamətində işlər davam etdirilir.
BAKU.WS "Kazinform" agentliyinə istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Fəsadların aradan qaldırılmasına 306 nəfər, 101 texnika, 2 təyyarə və 6 kinoloji it cəlb olunub.
Qeyd olunur ki, Qazaxıstan Respublikası Fövqəladə Hallar Nazirliyinin Mərkəzi Tibb Mərkəzinin qrupları təyyarənin qəzaya uğradığı yerdə xilasetmə əməliyyatlarına tibbi yardım göstərməkdə davam edir.
Aparılan xilasetmə əməliyyatları nəticəsində 3-ü azyaşlı olmaqla 29 nəfər xilas edilərək Aktau şəhərinin tibb müəssisələrinə yerləşdirilib.
Yenilənmiş məlumatlara görə, ölənlərin 38-i tapılaraq məhkəmə-tibbi ekspertiza mərkəzinə aparılıb, onlardan 6-sı Qazaxıstan vətəndaşı və 3-ü ekipaj üzvüdür. 7 nəfərin meyitinin şəxsiyyəti müəyyən edilib.
Həmçinin dünən Fövqəladə Hallar Nazirliyinin xilasediciləri axtarış qrupunun fəaliyyəti nəticəsində qara qutu aşkar olunub. Nazirlikdən əlavə ediblər ki, hadisə yerində 24 saatlıq növbətçilik təşkil edilib.
Hazırda qəzanın səbəblərini araşdırmaq üçün Hökumət Komissiyası Aktau şəhərində yerləşir.
Qazaxıstan Respublikası Fövqəladə Hallar Nazirliyi onu da əlavə edib ki, qaynar xəttə, təcili psixoloji yardıma və məlumat xarakterli zənglərə ümumilikdə 1032 müraciət daxil olub.
Xatırladaq ki, dekabrın 25-də Bakıdan Qroznıya uçan "Azərbaycan Hava Yolları"na məxsus təyyarə Aktau yaxınlığında qəzaya uğrayıb.
Qalereya
Oxşar xəbərlər
ÜST rəhbəri Səna hava limanına edilən hücumlardan sonra Yəməndən çıxa bilməyib
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hələlik təşkilatın rəhbəri Tedros Adhanom Gebreyesusun Səna hava limanına hücumlardan sonra cümə axşamı Yəməndən çıxa bilib-bi...