Tanınmış alimin qızı Aktaudakı təyyarə qəzasından sağ çıxıb
Aktauda sərnişin təyyarəsinin qəzaya uğraması zamanı sağ qalanlar arasında məşhur sovet fiziki Əbdül-Həmid Bisliyevin qızı Camilə Bisliyeva da var.
BAKU.WS xəbər verir ki, bu barədə "aif.ru" portalı məlumat yayıb.
54 yaşlı Camilə Bisliyeva Çeçen-İnquş Dövlət Universitetinin keçmiş professoru və prorektoru, fizika-riyaziyyat elmləri doktoru Əbdül-Həmid Bisliyevin qızıdır. O, sağ qalan sərnişinlərin siyahısında yer alıb.
Əbdül-Hamid Bisliyev maqnit hadisələri fizikası laboratoriyasını yaratmaqla məşhurlaşıb. 1991-ci ildə Qroznıda rektor Viktor Kan-Kalikun oğurluğunun qarşısını almağa çalışarkən öldürülmüşdü.
Xatırladaq ki, Bakıdan Qroznıya uçan 67 sərnişinlə dolu olan "Embraer 190 təyyarəsi" 25 dekabr səhəri Aktaunun ətrafında qəzaya uğrayıb. AZAL aviaşirkətinin nümayəndələri mətbuat konfransında təyyarə qəzasından sonra 32 nəfərin sağ qaldığını bildiriblər.
Oxşar xəbərlər
İranlıların 39 faizi ölkədən qaçmağa hazırdır
İranlıların 39 faizi ölkədən mühacirət etməyə hazırdır. "Azad İran" xəbər verir ki, bunu Demoqrafik Araşdırmalar İnstitutunun Tədqiqat Şurasının katibi Rəsul Sa...