Aktau yaxınlığında təyyarə qəzasında 32 nəfər sağ qalıb
Qazaxıstanda AZAL-ın təyyarəsinin qəzaya uğraması nəticəsində sağ qalanların sayı 32 nəfər olub.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Hava Yollarının (AZAL) keçirdiyi brifinqdə Baş Prokurorluğun sözçüsü Kənan Zeynalov bildirib.
**** 13:39
Aktauda təyyarə qəzasından sağ çıxan 29 nəfər xəstəxanaya aparılıb.
"Report" xəbər verir ki, bu barədə Qazaxıstan FHN-in Operativ Qərargahı məlumat yayıb
***12.55
Qazaxıstanda təyyarənin qəzaya uğraması nəticəsində sağ qalanların sayı 28 nəfərə çatıb, onlardan ikisi uşaqdır.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan FHN məlumat yayıb.
Manqistau vilayətinin Səhiyyə İdarəsindən "Kazinform"a bildirilib ki, hadisə yerində 4 nəfərin cəsədi aşkar edilib.
*** 12:05
Bakı-Qroznı marşrutu üzrə uçan, Aktau şəhəri yaxınlığında qəzaya uğrayan təyyarənin 25 sərnişini Qazaxıstanın Mangistau vilayətində yerləşən regional xəstəxanaya yerləşdirilib.
BAKU.WS xəbər verir ki, qəza zamanı sağ qalanların çıxarılma anın görüntüləri yayılıb.
Xatırladaq ki, "Azərbaycan Hava Yolları" aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.
İlkin məlumata görə hadisəyə səbəb hava gəmisinin quş sürüsü ilə toqquşması olub.
"AZAL"ın qəzaya uğrayan təyyarəsindən sağ qalanların çıxarılma anın görüntülərini təqdim edirik:
Oxşar xəbərlər
Kəmaləddin Heydərovdan qəzaya uğrayan təyyarə ilə bağlı ilk AÇIQLAMA
"Nəqliyyat Nazirliyi ilə birgə yaralılara baş çəkdik, reanimasiyada olan üç nəfərdən başqa orada olan şəxslər yaxşıdırlar, salamatdırlar". Bu sözləri fövqəladə...