Xəzərdə gün ərzində üçüncü dəfə zəlzələ baş verib
Xəzər dənizində bu gün üçüncü dəfə zəlzələ qeydə alınıb.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Qeyd edilib ki, təkanlar yerli vaxtla saat 10:52-də olub. 3,4 maqnitudalı zəlzələ ocağı 30 kilometr dərinlikdə yerləşib.
***08:43
Xəzər dənizində növbəti zəlzələ qeydə alınıb.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən Xəzər dənizində Bakı vaxtı ilə saat 07.28-də 3.1 maqnitudalı zəlzələ qeydə alınıb. Zəlzələ ocağı 30 kilometr dərinlikdə yerləşib.
***07:07
Xəzər dənizində 3,0 maqnitudalı zəlzələ baş verib.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xİdmət Mərkəzindən məlumat verilib.
Qeyd edilib ki, yeraltı təkanlar 26 dekabr Bakı vaxtı ilə 02:03-də qeydə alınıb.
Zəlzələ ocağının dərinliyi 63 kilometr olub.
Oxşar xəbərlər
Təyyarə qəzasında vəfat edənlərdən biri futbolçu olub
Bakı-Qroznı reysini yerinə yetirən "Azərbaycan Hava Yolları"na məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində v...