İran XİN Aktaudakı təyyarə qəzasına görə bütün ölkələrə başsağlığı verdi
Yeniliklərdən dərhal xəbərdar olun
İran Xarici İşlər Nazirliyi Azərbaycan, Rusiya, Qazaxıstan və Qırğızıstana "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin qəzaya uğraması nəticəsində sərnişinlərin faciəvi şəkildə həlak olması ilə bağlı başsağlığı verib.
BAKU.WS xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqayi məlumat verib.
"Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İran adından Azərbaycan, Rusiya, Qazaxıstan və Qırğızıstan hökumətlərinə və xalqlarına, xüsusilə də həlak olanların qohumlarına və yaxınlarına başsağlığı verib", - deyə rəsmi teleqram kanalında bildirilir.
Xatırladaq ki, ötən gün Qazaxıstanda AZAL-ın sərnişin təyyarəsi qəzaya uğrayıb.
Oxşar xəbərlər
İtaliyaya getmək istəyənlərin DİQQƏTİNƏ! Qadağa qoyulur
İtaliyanın Sardiniya adasında 15 restoran ailələrin yemək zamanı telefondan istifadəsini məhdudlaşdıran pilot layihəyə qoşulub. BAKU.WS xəbər verir ki, bir ay d...