Aktau sakinləri təyyarə qəzasında xəsarət alanlar üçün yenidən qan verməyə gəliblər
Qazaxıstanın Aktau şəhərinin sakinləri AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində xəsarət alanlar üçün qan vermək məqsədilə xəstəxanalarda yenidən növbəyə dayanıblar.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan KİV-ləri məlumat yayıb.
"Aktauda səhər saat 8-dir. Qazaxıstanlılar təyyarə qəzasında xəsarət alanlar üçün qan vermək məqsədilə yenidən növbəyə düzülüblər", - məlumatda bildirilir.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən "Embraer" sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Qəza nəticəsində sərnişinlərin 38-i həlak olub, 3-ü uşaq olmaqla 29-u sağ qalıb.
Prezident İlham Əliyev çoxsaylı insan itkisindən sonra ölkə ərazisində bir günlük matəm elan olunması ilə bağlı sərəncam imzalayıb.
Oxşar xəbərlər
Axtarışda olan iki nəfər Azərbaycana ekstradisiya olunub
Azərbaycan vətəndaşı Vüsal Şahmalı oğlu Məmmədovun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatətini Rusiya Baş Prokurorluğu təmin edib. BAKU.WS xəbər verir...