Aktauda AZAL-ın təyyarəsinin qəzaya uğramasını araşdıran komissiya işini davam etdirir

Aktauda Qazaxıstan Nəqliyyat Nazirliyi tərəfindən yaradılmış komissiya təyyarə qəzası ilə əlaqədar araşdırma aparır.
AZƏRTAC Qazaxıstan Respublikası Nəqliyyat Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, müvafiq idarənin Nəqliyyatda Qəzaların və İnsidentlərin Araşdırılması Departamentinin əməkdaşları Aktau şəhərində baş vermiş hadisə yerindədirlər və hazırda burada araşdırmanın sahə mərhələsi keçirilir.
Bildirilir ki, Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Agentliyinin, eləcə də "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) nümayəndə heyəti Qazaxıstana səfərə gəlib.
Sahə işləri Azərbaycan tərəfi ilə sıx əməkdaşlıq şəraitində aparılır.
Təyyarə istehsalçısı "Embraer and CENIPA" (Təyyarə Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzi, Braziliya) şirkətlərinin nümayəndələri də Qazaxıstana uçublar.
Aktau şəhərində olan Baş nazirin müavini Kanat Bozumbayevin rəhbərlik etdiyi hökumət komissiyasına Qazaxıstan Respublikasının nəqliyyat naziri Marat Karabayev, nəqliyyat nazirinin müavini Talqat Lastaev, Nəqliyyatda Qəzaların və İnsidentlərin Araşdırılması Departamentinin direktoru Nurjan Malayev, Mülki Aviasiya Komitəsinin sədri Saltanat Tompiyeva, "Kazaeronaviqasiya" RDM-in baş direktoru Nurjan Axmetov daxildir.
Oxşar xəbərlər
Reperin təcavüz etdiyi model ondan 10 milyon dollar tələb edir
Hip-hop janrının tanınmış simalarından olan reper Didiyə (Şon Kombs) qarşı yeni ittiham irəli sürülüb. BAKU.WS xəbər verir ki, keçmiş model və aktrisa Edmond Lo...
