Qəzaya uğrayan təyyarədə xəsarət alan rusların durumu açıqlandı
Qazaxıstanın Aktau şəhərində qəzaya uğrayan AZAL-ın təyyarəsindən sağ çıxan rusların vəziyyəti ağırdır.
BAKU.WS Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin həkim-anestezioloq-reanimatoloqu Viktor Belinski danışıb.
Həkimin sözlərinə görə, yaralıların hamısı İl-76-nın göyərtəsindədir. Vəziyyətləri ağır olsa da, daşına bilirlər. Onlar Moskvaya təxliyə zamanı bütün lazımi yardımı alacaqlar.
Bundan əvvəl Rusiya Fövqəladə Hallar Nazirliyinin təyyarəsinin Aktaudan Moskvaya uçduğu bildirilirdi. Belə ki, təyyarə qəzasında yaralanan 9 rusiyalını müalicə üçün Moskvaya çatdırılacaq, xəsarət alanlardan biri uşaqdır.
***09:32
Rusiya Fövqəladə Hallar Nazirliyinin İl-76 təyyarəsi AZAL təyyarəsinin Qazaxıstanda qəzaya uğraması nəticəsində xəsarət alan 9 rusiyalını Aktaudan aparıb.
BAKU.WS xəbər verir ki, bu barədə idarənin mətbuat xidməti məlumat yayıb.
Verilən məlumata görə, təyyarə artıq Moskvaya yola düşür. Daşınan yaralılar arasında bir uşaq da var.
Qeyd olunub ki, uçuş Rusiya prezidenti Vladimir Putinin göstərişi və Rusiya Fövqəladə Hallar Nazirliyinin rəhbəri Aleksandr Kurenkovun tapşırığı ilə Rusiya Xarici İşlər Nazirliyi ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir.
Xatırladaq ki, ötən gün Qazaxıstanda AZAL-ın sərnişin təyyarəsi qəzaya uğrayıb.
Oxşar xəbərlər
İran Aİİ-də müşahidəçi statusu alıb
İrana Avrasiya İqtisadi İttifaqında (Aİİ) müşahidəçi dövlət statusu verilib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu qərar ittifaqın Rusiyada təşkil olun...