AZAL-ın təyyarəsində "Kəlmeyi-şəhadət" gətirib sağ qalan kişi stüardessanın şücaətindən danışıb
AZAL-ın qəzaya uğrayan təyyarəsində hadisədən öncə "Kəlmeyi-şəhadət" gətirən kişi sağ qalıb.
BAKU.WS xəbər verir ki, bu barədə video sosial şəbəkələrdə yayılıb.
Kadrlarda kişi stüardessanın şücaətindən bəhs edir. O, bildirib ki, baş təyyarə bələdçisi sona qədər özünü itirməyib və bütün təlimatları sərnişinlərə çatdırıb:
"Təəssüf ki, onun sağ qalıb-qalmaması barədə xəbərim yoxdur"- , deyə həmin şəxs vurğulayıb.
Xatırladaq ki, "Azərbaycan Hava Yolları" aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.
Oxşar xəbərlər
Abşeron rayonunda avtoxuliqanlıq edən sürücü həbs edilib
Abşeron Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən "Chevrolet Cobalt" markalı 90-YL-765 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitə...