Embraer-dən qəzaya uğrayan təyyarə ilə bağlı İLK AÇIQLAMA
Braziliyanın aviasiya texnikası istehsalçısı "Embraer" Aktau yaxınlığında baş verən təyyarə qəzası ilə bağlı rəsmi bəyanat yayıb.
BAKU.WS xəbər verir ki, şirkət baş verən hadisədən dərin kədərləndiyini ifadə edərək, zərərçəkmişlərin ailələrinə və yaxınlarına başsağlığı verib.
Bəyanatında bildirilir ki, qəza baş verən "Embraer 190" təyyarəsində uçuşa maneə yaradan heç bir texniki nasazlıq aşkar edilməyib.
Azərbaycan Hava Yolları (AZAL) da bu məlumatı təsdiqləyərək təyyarənin texniki baxış tarixçəsini açıqlayıb:
Ümumi eniş sayı: 9949;
Ümumi uçuş saatları: 15 257 saat 22 dəqiqə;
Sonuncu tam texniki baxış tarixi: 18 oktyabr 2024-cü il;
Son texniki baxışdan sonra uçuş saatları: 671 saat.
Qeyd edək ki, təyyarənin göyərtəsində 67 nəfər olub, onlardan 29 nəfər sağ qalıb. Qəza yerində aşkarlanan detal - yüksək hündürlük sükanında və təyyarənin quyruq hissəsində aşkar olunan deşiklər toqquşma ehtimalını artırır.
Hazırda Qazaxıstanda yaradılmış dövlət komissiyası qəzanın səbəblərini araşdırır. "Embraer" və "Azərbaycan Hava Yolları" hadisənin araşdırılmasında tam əməkdaşlığa hazır olduqlarını bildiriblər.
Oxşar xəbərlər
Ukrayna XİN başçısı Azərbaycana başsağlığı verib
Ukraynanın xarici işlər naziri Andriy Sibiha AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Azərbaycana...