Braziliyalı mütəxəssislər təyyarə qəzasının yerini öyrənmək üçün Qazaxıstana gələcəklər
Braziliyanın Təyyarə Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzinin (CENIPA) nümayəndələri Azərbaycan Hava Yollarına məxsus Embraer 190 təyyarəsinin Aktau şəhərində qəzaya uğradığı yeri öyrənmək üçün yaxın günlərdə Qazaxıstana gələcək.
BAKU.WS xəbər verir ki, bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyi öz saytında məlumat yayıb.
"Yaxın günlərdə CENIPA nümayəndələrinin ölkəmizə səfəri gözlənilir", - nazirliyin açıqlamasında bildirilir.
Respublikanın Nəqliyyat Nazirliyindən bildirilib ki, Çikaqo Konvensiyasının 13 saylı Əlavəsinə uyğun olaraq artıq Embraer istehsalat zavodunun xüsusi nümayəndələri Aktauya gəliblər. İstintaq komissiyası təyyarənin qəzaya uğradığı yerə gedib və görüləcək işləri müəyyənləşdirib.
Xatırladaq ki, dekabrın 25-də "Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinə məxsus Qroznıya gedən "Embraer 190" təyyarəsi Aktau şəhərindən 3 km aralıda qəzaya uğrayıb. Hadisə nəticəsində 38 nəfər həlak olub, 29 nəfər xəsarət alıb.
Oxşar xəbərlər
SEPAH ABŞ-nin radar sistemləri yerləşən bazalara hücum edib
İslam İnqilabı Keşikçiləri Korpusundan (SEPAH) bildirilib ki, ABŞ-nin Küveytdəki "Əli əs-Salim" bazası və Bubiyan adasındakı (Fars körfəzi) taktiki radar komple...