İsrailin "El Al" aviaşirkəti Moskvaya bütün uçuşları bir həftəlik dayandırıb
Yeniliklərdən dərhal xəbərdar olun
İsrailin "El Al" aviaşirkəti "Rusiya hava məkanında baş verən hadisələri əsas gətirərək" Moskvaya bütün uçuşların bir həftəlik dayandırılmasını elan edib.
BAKU.WS xəbər verir ki, bu barədə İsrail mətbuatı aviaşirkətin bəyanatına istinadən məlumat yayıb.
Aviaşirkət uçuşların bərpası ilə bağlı qərarın daha sonra veriləcəyini bildirib.
"Marşrutun bərpa edilib-edilməyəcəyinə qərar vermək üçün vəziyyət növbəti həftə ərzində yenidən qiymətləndiriləcək", - məlumatda deyilir.
Xatırladaq ki, dekabrın 25-də AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin, 5 ekipaj üzvü olub.
Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...