Qazaxıstan: Təyyarədə oksigen balonunun partlaması barədə Rostovun uçuş rəhbəri məlumat verib
Yeniliklərdən dərhal xəbərdar olun
AZAL-a məxsus təyyarədə oksigen balonunun partlaması barədə məlumat saat 10:53-də Rostov uçuş rəhbərindən daxil olub.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyi AZAL-a məxsus təyyarədə oksigen balonunun partlamasına dair iddialarla bağlı açıqlamasında bildirib.
"Belə ki, Rostov aeroportunun uçuş rəhbəri Aktau qülləsinin uçuş rəhbərinə təyyarənin sərnişin salonunda oksigen balonunun partladığı, sərnişinlərin huşunu itirdiyi barədə əlavə məlumat verib və gəliş zamanı reanimasiya xidməti istəyib", - nazirlik qeyd edib.
Nəqliyyat Nazirliyinin dəqiqləşdirməsində bildirilib ki, bu məlumat əsasında bütün xilasetmə xidmətləri dərhal məlumatlandırılıb.
Nazirlikdən qeyd edilib ki, dekabrın 26-da keçirilən brifinqində hadisələrin xronologiyası Rostov aeroportunun uçuş rəhbərinin məlumatları əsasında səsləndirilib.
Oxşar xəbərlər
Çində yeni tendensiya - Gənclər ev heyvanı əvəzinə mamır basmış kərpic saxlayırlar
Çində gənclər arasında qeyri-adi hobbi populyarlaşıb. Belə ki, onlar ev heyvanı əvəzinə üzərində mamır yetişən kərpiclər saxlayırlar. BAKU.WS xəbər verir ki, b...