İran Ukraynanın sərnişin təyyarəsini vurduğu üçün nə qədər təzminat ödəmişdi? - RƏQƏMLƏR

İran Ukraynanın sərnişin təyyarəsini vurduğu üçün nə qədər təzminat ödəmişdi? - RƏQƏMLƏR
Dünya 582

25 dekabrda Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb. Qəzaya uğrayan təyyarədə 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Qəza nəticəsində ümumilkdə 38 nəfər həyatını itirib.

BAKU.WS xəbər verir ki, sərnişinlərin həyatını itirməsi ilə nəticələnən təyyarə qəzası 4 il öncə İranda da baş verib. Belə ki, 2020-ci ilin yanvar ayında "Boeing 737-800" təyyarəsinin qəzaya uğraması nəticəsində 176 nəfər həlak olub.

Sonradan İranın Silahlı Qüvvələrinin Baş Qərargahı bəyanat verərək bu təyyarənin İranın Havadan Müdafiə Sistemi tərəfindən səhvən vurulduğunu açıqlayıb.

Bu hadisədən sonra İran hökümәti vurulan tәyyarә ilә әlaqәdar 100-150 milyon dollar təzminat ödәyәcәyini açıqlamışdı. Bundan əlavə həlak olanların hər birinin ailəsinə 150 min dollar təzminat ödəməyi öhdəsinə götürüb.

Əgər AZAL-a məxsus təyyarənin vurulması təsdiqlənərsə, bu hadisə həm hüquqi, həm də maliyyə baxımından üzr və təzminat predmetinə çevriləcək.

Qeyd edək ki, "Embraer 190" təyyarəsinin bazar dəyəri təxminən 30-50 milyon ABŞ dolları arasında dəyişir. Bu məbləğ təyyarənin istehsal ilinə, texniki vəziyyətinə və təchizatına görə fərqlənə bilər.

Oxşar xəbərlər

İran hərbi təlimlərə başlayır

İran hərbi təlimlərə başlayır

İran dekabrın 28-dən etibarən ölkə ərazisində hərbi təlimlərə başlayacaq. "Report" İran KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin müdafiə naziri, general-m...

59 Dünya 23:53 27 dekabr 2024

Son xəbərlər