Aviaqəzada xəsarət alanlardan birinin sabah əməliyyatı planlaşdırılır

Aviaqəzada xəsarət alanlardan birinin sabah əməliyyatı planlaşdırılır
Video
Hadisə 184

Aviaqəzada xəsarət alanlardan birinin sabah əməliyyatı planlaşdırılır.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Yeni Klinikanın baş həkimi Eldar Əhmədov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, yaralananlardan birinə baldır sümüyünündə açıq qəlpəli sınıq dioqnozu qoyulub:

"Həmin xəstə osteosintez əməlliyyatına alınacaq"

Qeyd edək ki, Yeni Klinikaya gətirilmiş 14 xəstədən 13-ü palata şəraitində, biri isə reanimasiyada müalicə alır.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb.

Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti, hələlik müəyyən edilməyib.

Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, 2 ekipaj üzvü isə sağ qalıb.

Dekabrın 26-da Azərbaycana 14 yaralı və 4 nəfərin cəsədi gətirilib.

Qeyd edək ki, Prezident İlham Əliyev çoxsaylı insan itkisindən sonra dekabrın 26-nın ölkə ərazisində bir günlük matəm elan olunması ilə bağlı sərəncam imzalayıb.

Oxşar xəbərlər

Son xəbərlər