Niyə Aktauda qəzaya uğrayan təyyarənin təhqiqatına Qazaxıstan rəhbərlik edir?

Niyə Aktauda qəzaya uğrayan təyyarənin təhqiqatına Qazaxıstan rəhbərlik edir?
Dünya 221

"Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinə məxsus təyyarənin Aktau şəhərində baş vermiş qəzası beynəlxalq standartlara uyğun olaraq mürəkkəb araşdırmaların başlanmasına səbəb olub.

BAKU.WS xəbər verir ki, ölkələr arasında rolların necə bölüşdürüldüyü, niyə araşdırmaya Qazaxıstan rəhbərlik edəcəyi və Azərbaycanın və Rusiyanın hansı hüquqlara malik olduğu barədə "Tengrinews.kz poratlı" araşdırma aparıb.

Beynəlxalq mülki aviasiya hadisələrinin araşdırılması üzrə ümumi qaydalar Mülki Aviasiya üzrə Beynəlxalq Konvensiyanın (ICAO) 26-cı maddəsi ilə tənzimlənir. Araşdırmanın əsas məqsədi adətən aviasiya qəzası və ya insidentində günahkarları tapmaq deyil, belə halların gələcəkdə baş verməsinin qarşısını almaq üçün səbəbləri müəyyən etməkdir. Mülki aviasiya hadisələrinin araşdırılması proseduru Konvensiyanın 13-cü əlavəsində ətraflı izah edilib. Beynəlxalq sənədə əsasən, AZAL şirkətinin təyyarəsinin qəzasını Qazaxıstan araşdıracaq.

"Konvensiyanın 38-ci maddəsinə uyğun olaraq, hadisənin baş verdiyi əraziyə malik dövlət araşdırma aparır. Təyyarənin qeydiyyata alındığı dövlətə isə araşdırmada müşahidəçi qismində iştirak etmək imkanı verilir. Eyni zamanda, araşdırma aparan dövlət bu dövlətə araşdırma hesabatı və nəticələrini göndərir" - sənəddə deyilir.

Bundan əlavə, aviasiya hadisəsinin baş verdiyi ölkə araşdırma hüququnu tamamilə və ya qismən digər dövlətə və ya regional təşkilata verə bilər.

Konvensiyaya əsasən, araşdırma aparan dövlət araşdırmaya məsul şəxs təyin etməli, hərtərəfli təhqiqat aparmalı, təyyarənin "qara qutu"larının məzmununu tapıb deşifrə etməlidir.

Hadisə nəticəsində vəfat etmiş və ya ciddi bədən xəsarətləri almış şəxslərin vətəndaşı olduğu ölkələr ekspert təyin edə bilərlər. Bu ekspert hadisə yerinə baş çəkə, araşdırmanın gedişi haqqında məlumat ala və yekun hesabatla tanış ola bilər.

Eyni zamanda, təyyarənin qeydiyyatdan keçdiyi, istismar edildiyi, layihələndirildiyi və ya istehsal edildiyi dövlət hadisə yerinə baş çəkmək, sübutlara və sənədlərə tam çıxış əldə etmək, bort yazıqlarının məlumatlarını oxumaqda iştirak etmək hüququna malikdir. Lakin hadisənin baş verdiyi dövlət qara qutuları qeydiyyat ölkəsinə və ya istehsalçıya təhvil vermək öhdəliyinə malik deyil.

38 nəfərin həyatını itirdiyi Aktau aviasiya qəzasının araşdırılması üçün Qazaxıstan hökuməti Baş Prokurorluğun rəhbərliyi altında müvafiq birgə istintaq-əməliyyat qrupu yaradıb. Bu qrupa nəqliyyat prokurorluğunun, DİN-in və FHN-in mütəxəssisləri daxil edilib. Qrupun rəhbəri Qazaxıstanın baş nazir müavini Kanat Bozumbaevdir.

Azərbaycan və Rusiya Aktau təyyarə qəzasının araşdırılmasına buraxılacaq. Lakin bu ölkələrin mütəxəssisləri kriminalistika araşdırmasında iştirak etməyəcəklər.

Hazırda təyyarə qəzasının səbəbləri ilə bağlı konkret və yekun versiyalar mövcud deyil. Baş nazir müavini Kanat Bozumbaevin sözlərinə görə, hələlik rəsmi şəxslər mətbuatda qəzanın səbəbləri ilə bağlı irəli sürülən iddialara reaksiya vermək niyyətində deyil, çünki bu məlumatların hansı mənbələrə əsaslandığını bilmirlər.

Bu arada, məlumat məkanında faciəvi hadisə ilə bağlı bir neçə versiya dolaşır. Versiyalardan birinə görə, sərnişin təyyarəsinin qəzasına Ukrayna PUA-sı səbəb olub. Təyyarənin quyruq hissəsində çoxsaylı zədələr bu ehtimalı irəli sürür.

Digər bir versiyaya əsasən, təyyarə Rusiya ərazisində olarkən "yer-hava" tipli raketlə vurula bilərdi. Əvvəlki versiyaya görə isə, aviasiya qəzasının səbəbi təyyarənin quşlarla toqquşması ola bilərdi. Digər bir ehtimal təyyarənin salonunda qaz balonunun partlamasıdır.

Qəzanın səbəblərinə dair məlumatları işıqlandırmaq "qara qutu"ların məlumatları ilə mümkün olacaq. "Qara qutu"lar artıq tapılıb. Qazaxıstanın nəqliyyat nazirinin müavini Talqat Lastaev onların nə vaxt açılacağını və deşifrə ediləcəyini bildirib. Onun sözlərinə görə, qara qutularla bağlı qərarı qəzanın araşdırılması üzrə komissiya qəbul edəcək.

"Hazırda bu proses davam edir: fraqmentlər, detallar toplanır, ümumi mənzərə qurulur. İstehsalçı ölkənin (Braziliya) və Embraer aviaşirkətinin nümayəndələri 27 dekabr tarixində gəlirlər. Bütün iştirakçılar bir araya gələndən sonra məlumatların deşifrə üsulu haqqında qərar qəbul ediləcək. Bu, müəyyən edilmiş alqoritmdir," - deyə o bildirib.

Oxşar xəbərlər

ABŞ-də həbsxana mühafizəçiləri məhbusu döyərək öldürüblər

ABŞ-də həbsxana mühafizəçiləri məhbusu döyərək öldürüblər

ABŞ-nin Nyu-York şəhərində yerləşən islah əmək müəssisəsində bir məhbus əlləri qandallı vəziyyətdə mühafizəçilər tərəfindən döyülüb və təhqir edilib. Nəticədə o...

5 Dünya 08:53 28 dekabr 2024

Son xəbərlər