Ukrayna XİN başçısı Azərbaycana başsağlığı verib

Ukrayna XİN başçısı Azərbaycana başsağlığı verib
Foto
Dünya 77

Ukraynanın xarici işlər naziri Andriy Sibiha AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Azərbaycana başsağlığı verib.

BAKU.WS xəbər verir ki, başsağlığının mətnini Ukrayna XİN başçısı öz "X" hesabında yerləşdirib.

"Azərbaycan Hava Yolları"na məxsus təyyarənin qəzaya uğraması dəhşətli hadisədir. Azərbaycana başsağlığı veririk", - paylaşımda qeyd olunur.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Oxşar xəbərlər

Gələn il iki Günəş, iki Ay tutulması olacaq - TARİXLƏR

Gələn il iki Günəş, iki Ay tutulması olacaq - TARİXLƏR

Gələn il iki Günəş, iki Ay tutulması olmaqla ümumilikdə dörd tutulma hadisəsi baş verəcək. Bu barədə BAKU.WS-ə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından b...

22 Dünya 09:11 28 dekabr 2024

Son xəbərlər