SİZİN REKLAM BURADA!
055 213 76 73


Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, Səbail rayonu Azərbaycan prospekti və Şıxəli Qurbanov küçəsi bu axşam saat 22:00- dan etibarən bağlanacaq.

"Azəravtoyol” ASC-nin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, yolların bağlanması avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi, piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri ilə əlaqədardır.

İşlərin səhər saatlarınadək yekunlaşdırılması nəzərdə tutulub.
 
BAKU.WS