Bakıda bu yollar bağlı olacaq

Bakıda bu yollar bağlı olacaq
Sosial 1064

Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, Səbail rayonu Azərbaycan prospekti və Şıxəli Qurbanov küçəsi bu axşam saat 22:00- dan etibarən bağlanacaq.

"Azəravtoyol” ASC-nin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, yolların bağlanması avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi, piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri ilə əlaqədardır.

İşlərin səhər saatlarınadək yekunlaşdırılması nəzərdə tutulub.

BAKU.WS

Oxşar xəbərlər

Bakıda bu küçələr təmirə bağlanır

Bakıda bu küçələr təmirə bağlanır

Paytaxtda daha 3 küçədə hərəkət məhdudlaşdırılacaq. "Azəravtoyol” ASC-dən BAKU.WS-ə verilən məlumata görə, Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətin...

1665 Sosial 12:46 24 aprel 2017

Son xəbərlər