Əmlak Məsələləri Dövlət Komitəsi sentyabr ayında avtomobillərin növbəti hərracını keçirəcək.
 
Avtosfer.az-ın verdiyi məlumata görə, bununla bağlı məlumat komitənin rəsmi internet səhifəsində yerləşdirilib. Məlumatda bildirilir ki, sentyabrın 14-də baş tutacaq hərraca çıxarılan nəqliyyat vasitələrinin sayı 7 ədəddir. Həmin avtomobillər artıq bir neçə dəfə hərraca çıxarılıb. Bu dəfə isə təkrar hərrac keçirilir. Hər bir avtomobilə 10-50 faizə arası endirim tətbiq edilir.
Həmin nəqliyyat vasitələrinin siyahısını təqdim edirik:
 
Müəssisənin adı – NV-nin markası-Buraxılış ili-   Start qiyməti 10% beh
                                                                                  (manatla)      (manatla)
 
1. "Aqrarkredit” QSC Bank Olmayan Kredit Təşkilatı-VAZ-21213-2004-2679-268
2. Azərbaycan Milli Elmlər Akademiyası  QAZ-31102-120   2005 - 1568 - 157
3. Tərtər rayon İcra Hakimiyyəti       BMW-523               2006  - 9917  - 992
4. Laçın rayon İcra Hakimiyyəti        Chevrolet Niva        2007 - 3069 - 307
5. TN - Milli Konservatoriya - Volkswagen Passat  - 1998  - 1875 - 188
6. Sahibkarlığa Kömək Milli Fondu  - Audi A6 L         2005 -  3827 - 383
7. MvTN- Bakı Turizm Peşə Məktəbi  «Nissan Maxima» - 2000 - 1620 - 162 
Qeyd: 1-ci sətirdə "Aqrarkredit” QSC Bank Olmayan Kredit Təşkilatının balansında olan nəqliyyat vasitəsi 2-ci dəfə təkrar hərraca çıxarılır.
2-ci sətirdə Azərbaycan Milli Elmlər Akademiyasının balansında olan nəqliyyat vasitəi 3-cü dəfə 10% endirimlə təkrar hərraca çıxarılır
3-cü sətirdə Tərtər rayon İcra Hakimiyyətinin balansında olan nəqliyyat vasitəsi 3-cü dəfə 10% endirimlə təkrar hərraca çıxarılır
4-cü sətirdə Laçın rayon İcra Hakimiyyətinin balansında olan nəqliyyat vasitəsi 3-cü dəfə 10% endirimlə təkrar hərraca çıxarılır
5-ci sətirdə Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Milli Konservatoriyasının balansında olan nəqliyyat vasitəsi 4-cü dəfə 25% endirimlə təkrar hərraca çıxarılır
6-cı sətirdə Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondunun balansında olan nəqliyyat vasitəsi 5-ci dəfə 50% endirimlə təkrar hərraca çıxarılır
7-ci sətirdə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Bakı Turizm Peşə Məktəbinin balansında olan nəqliyyat vasitəsi 5-ci dəfə 50% endirimlə təkrar hərraca çıxarılır.
Qeyd: Hərraclar Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində keçiriləcəkdir (Zeynal Xəlil küçəsi 11). Hərracda iştirak etmək üçün hərrac komissiyasına aşağıdakı sənədlər hərracın başlanılmasına ən gec 3 (üç) bank günü qalanadək təqdim olunmalıdır:
1. Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd;
 
2. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd. 10% məbləğində beh Mərkəzi Bankda – AZ65NABZ01361150000000004944 nömrəli hesaba köçürülməlidir.
Ünvan:
Azərbaycan, Bakı şəhəri, AZ 1025, Xətai rayonu, Yusif Səfərov küçəsi, 50
Tel: (994-12) 490 24 08
Faks: (994-12) 490 33 59
E-poçt:
 
 
BAKU.WS