Dövlət maşınları satışda: "Audi" 3800, "NİVA" 2800 manat... (QİYMƏTLƏR)
Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) dövlətə məxsus nəqliyyat vasitələrinin növbəti partiyasını satışa çıxarıb. Komitədən verilən məlumata görə, sentyabrın 14-də keçiriləcək hərracda 7 avtomobil özəlləşdiriləcək. Avtomobillər müxtəlif dövlət təşkilatlarının balansındadır. Fins.az potensial alıcılara maraqlı ola biləcəyini nəzərə alaraq hərraca çıxarılan avtomobillər barədə məlumatı təqdim edir.
Audi A6 L – 3 827 manat
Balanssaxlayıcı təşkilat (müəssisə) | Sahibkarlığa Kömək Milli Fondu |
Nəqliyyat vasitəsinin markası | Audi A6 L |
Buraxılış ili | 2005 |
Yürüşü (km) | 278455 |
Start qiyməti (manatla) | 3827 |
Yerləşdiyi yer | Bakı şəhəri |
Qeyd: Nəqliyyat vasitəsi 4 dəfə hərraca çıxarılıb. İlkin Hərrac qiyməti 7653 manat olub. Hazırda 50% endirimlə 5-ci dəfə təkrar hərraca çıxarılır.
VAZ-21213 – 2 679 manat
Balanssaxlayıcı təşkilat (müəssisə) | "Aqrarkredit” QSC Bank olmayan Kredit Təşkilatı |
Nəqliyyat vasitəsinin markası | VAZ-21213 |
Buraxılış ili | 2004 |
Yürüşü (km) | 458140 |
Start qiyməti (manatla) | 2679 |
Yerləşdiyi yer | Bərdə rayonu |
Qeyd: Nəqliyyat vasitəsi 1 dəfə hərraca çıxarılıb. İlkin Hərrac qiyməti 2679 manat olub. Hazırda 2-ci dəfə təkrar hərraca çıxarılır.
QAZ-31102-120 – 1 568 manat
Balanssaxlayıcı təşkilat (müəssisə) | Azərbaycan Milli Elmlər Akademiyası |
Nəqliyyat vasitəsinin markası | QAZ-31102-120 |
Buraxılış ili | 2005 |
Yürüşü (km) | 236128 |
Start qiyməti (manatla) | 1568 |
Yerləşdiyi yer | Bakı şəhəri |
Qeyd: Nəqliyyat vasitəsi 2 dəfə hərraca çıxarılıb.İlkin Hərrac qiyməti 1742 manat olub. Hazırda 10 % endirimlə 3-cü dəfə təkrar hərraca çıxarılır.
Volkswagen Passat – 1 875 manat
Balanssaxlayıcı təşkilat (müəssisə) | Təhsil Nazirliyi Azərbaycan Milli Konservatoriyası |
Nəqliyyat vasitəsinin markası | Volkswagen Passat |
Buraxılış ili | 1998 |
Yürüşü (km) | Göstərmir |
Start qiyməti (manatla) | 1875 |
Yerləşdiyi yer | Bakı şəhəri |
Qeyd: Nəqliyyat vasitəsi 3 dəfə hərraca çıxarılıb.İlkin Hərrac qiyməti 2500 manat olub. Hazırda 25% endirimlə 4-cü dəfə təkrar hərraca çıxarılır.
Chevrolet Niva – 3 069 manat
Balanssaxlayıcı təşkilat (müəssisə) | Laçın rayon İcra Hakimiyyəti |
Nəqliyyat vasitəsinin markası | Chevrolet Niva |
Buraxılış ili | 2007 |
Yürüşü (km) | 201600 |
Start qiyməti (manatla) | 3069 |
Yerləşdiyi yer | Ağcabədi rayonu |
Qeyd: Nəqliyyat vasitəsi 2 dəfə hərraca çıxarılıb. İlkin Hərrac qiyməti 3410 manat olub. Hazırda 10% endirimlə 3-cü dəfə təkrar hərraca çıxarılır.
BMW-523 – 9 917 manat
Balanssaxlayıcı təşkilat (müəssisə) | Tərtər rayon İcra Hakimiyyəti |
Nəqliyyat vasitəsinin markası | BMW-523 |
Buraxılış ili | 2006 |
Yürüşü (km) | 213203 |
Start qiyməti (manatla) | 9917 |
Yerləşdiyi yer | Tərtər rayonu |
Qeyd: Nəqliyyat vasitəsi 2 dəfə hərraca çıxarılıb.İlkin Hərrac qiyməti 11019 manat olub. Hazırda 10% endirimlə 3-cü dəfə təkrar hərraca çıxarılır.
Nissan Maxima – 1 620 manat
Balanssaxlayıcı təşkilat (müəssisə) | Mədəniyyət və Turizm Nazirliyinin Bakı Turizm Peşə Məktəbi |
Nəqliyyat vasitəsinin markası | Nissan Maxima |
Buraxılış ili | 2000 |
Yürüşü (km) | 232728 |
Start qiyməti (manatla) | 1620 |
Yerləşdiyi yer | Bakı şəhəri |
Qeyd: Nəqliyyat vasitəsi 4 dəfə hərraca çıxarılıb.İlkin Hərrac qiyməti 3240 manat olub. Hazırda 50% endirimlə 5-ci dəfə təkrar hərraca çıxarılır.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycan iri müəssisələri hərraca çıxarır
Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və səmərəliliyinin artırılması sahəsində mühüm yeniliklərə başlanıb. Əmlak Məsələləri Dövl...