Dövlət avtomobilləri hərraca çıxır: 1283 manata VAZ-2107 satılır (SİYAHI)
Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində ucuz qiymətə avtomobillərin hərracları təşkil olunub.
BAKU.WS-in məlumatına görə, 31 may və 14 iyun 2016-ci il tarixlərində hərraca çıxarılan nəqliyyat vasitələri alıcılara təqdim edilib.
Hərraclar Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində keçirilir (Zeynal Xəlil küçəsi 11a). Hərracda iştirak etmək üçün hərrac komissiyasına aşağıdakı sənədlər hərracın başlanılmasına ən gec 3 (üç) bank günü qalanadək təqdim olunmalıdır:
Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd; Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd. 10% məbləğində beh Mərkəzi Bankda – AZ65NABZ01361150000000004944 nömrəli hesaba köçürülməlidir.
Şahin Həbibov
BAKU.WS
Oxşar xəbərlər
Bu gün satışa çıxarılacaq helikopterlər və dövlət avtomobilləri (SİYAHI)
Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində ucuz qiymətə avtomobillərin hərracları təşkil olunur. BAKU.WS-in məlumatın...