Azərbaycanda dövlət vertalyotları satışa çıxarılır (QİYMƏTLƏR)

Azərbaycanda dövlət vertalyotları satışa çıxarılır (QİYMƏTLƏR)
Sosial 11020

  

Azərbaycanda dövlət vertalyotları hərraca çıxarılıb. 

BAKU.WS-in məlumatına görə, hərrac 24 may tarixində baş tutacaq. Hərraca çıxarılan vertolyotları ala bilmək üçün azı 10% həcmində beh verilməlidir. 

Hərraclar Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində keçirilir (Zeynal Xəlil küçəsi 11a). Hərracda iştirak etmək üçün hərrac komissiyasına aşağıdakı sənədlər hərracın başlanılmasına ən gec 3 (üç) bank günü qalanadək təqdim olunmalıdır:

Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd;

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd. 10% məbləğində beh Mərkəzi Bankda – AZ65NABZ01361150000000004944 nömrəli hesaba köçürülməlidir.

Şahin Həbibov

BAKU.WS 

24 may 2016-cı il tarixdə hərraca çıxarılan vertolyotların siyahısı

S/N

Hava gəmisinin tipi

Zavod nömrəsi

 

Dövlət qeydiyyat nişanı

 

Buraxılış ili

Start qiyməti

(manatla)

 

10%

Beh

1.

Mİ-8 MTV1

96109

20152

1993

134271

13427

2.

Mİ-8 MTV1

96122

20153

1993

134323

13432

3.

Mİ-8 MTV1

95627

20154

1991

130023

13002

Son xəbərlər