Neft Fondu: "Bu gün 35 banka 300 milyon dollar satılıb"

Neft Fondu: Bu gün 35 banka 300 milyon dollar satılıb
İqtisadiyyat 1218

 

Bu gün Azərbaycan Mərkəzi Bankının müntəzəm hərracları vasitəsilə hərrac təşkil edilib.

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) tərəfindən 200 milyon ABŞ dolları, Mərkəzi Bank tərəfindən isə 100 milyon ABŞ dolları, ümumilikdə 300 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb və 35 banka satılıb.

Fondun İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, il ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.

BAKU.WS

Son xəbərlər