VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 


Avtonəqliyyat vasitələrinin normal və rahat hərəkətini təmin etmək istiqamətində Azərbaycan Prezidenti İlham Əliyevin tövsiyyə və tapşırıqlarına əsasən "Azəravtoyol” ASC tərəfindən işlər davam etdirilir.
 
ASC-dən BAKU.WS-ə verilən məlumata görə, bu dəfə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 10-cu km-də Bakı-Şamaxı-Yevlax avtomobil yolu ilə kəsişməsində (yol ötürücüsünün ərazisində) mövcud olan dairəvi hərəkət zamanı sıxlığın, ləngimələrin və tıxacların aradan qaldırılması məqsədilə hərəkətin təhlükəsizliyi baxımından müvafiq dəyişikliklər edilib. Belə ki, həmin ərazidə yerləşən və asfalt üzərinə boya ilə çəkilmiş dairə ləğv edilib. Artıq avtonəqliyyat vasitələri həmin ərazidən birbaşa keçərək "Sulutəpə” dairəsi istiqamətinə hərəkət edə bilərlər. Bunun üçün ərazidə müvafiq yol nişanları da quraşdırılıb, yol ayrıcına isə xüsusi beton maneələr düzülüb.

 Sözügedən avtomobil yolunda mövcud olan əvvəlki dairəyə yaxın səki daşları ilə yeni simmetrik dairə inşa edilib. Dairənin içərisinə tamet daşlar düzülüb. Yenidənqurma işləri zamanı vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə Tikinti Norma Və Qaydalarının tələblərinə uyğun olaraq sözügedən ərazidə 270 paqon-metr piyada səkiləri tikilib və zəruri ərazilərdə hazırda səkilərin tikintisi davam etdirilir. Səkilərin kənarlarına səki daşları, üzərinə isə tamet daşlar düzülür.

Ərazidə müvafiq yol nişanları quraşdırılıb, üfiqi nişanlama xətləri çəkilib və hazırda abadlıq işləri "Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında davam etdirilir.
 
BAKU.WS