Bu gün şad xəbər eşidəcəksiniz

Astroloqlar bu günə olan ulduz falını açıqlayıb.
QOÇ - Astroloji göstәricilәr yalnız qonaqlıq vә sәfәrlәr üçün uğurlu әrәfә olduğunu bildirir. Odur ki, digәr işlәr barәdә baş sındırmağa dәymәz. Sizi gözlәyәnlәri şad edin.
BUĞA - Ulduzların düzümü maraqlı insanlarla rastlaşma ehtimalınızdan xәbәr verir. Amma onların arasında bir neçәsi ovqatınızı aşağı salmağa çalışa bilәr. Bu sәbәbdәn uzaqgörәn vә dözümlü olun.
ӘKİZLӘR – Göy qübbәsi yalnız ailәsevgi mәsәlәlәrindә uğurlara yaxın olacağınızı bildirir. Fәaliyyәtdә vә ya digәr münasibәtlәrdә isә vәziyyәt heç dә qәnaәtbәxş olmayacaq. Sәfәrә çıxmayın.
XӘRÇӘNG - Tәxminәn saat 14ә qәdәr özünüzü gәrgin situasiyalardan qorumağa çalışın. Sonrakı әrәfәdә sevindirici xәbәr eşidәcәksiniz. Maraqlı tәkliflәr dә gözlәnilir.
ŞİR - Daxili tәrәdüdlәriniz ümumi sabitliyinizi pozmaqdadır. Nәyi, necә edәcәyinizi müәyyәnlәşdirә bilmirsiniz. Odur ki, hәyata açıq gözlә baxın. Enerjinizi daha çox sevgidәn alın.
QIZ – Maliyyә problemlәrinizin artması ümumi ovqatınızda mәnfi çalarlar yaratmaqdadır. Azacıq sәbr edin, yaxın vaxtlarda kisәniz ağırlaşacaq. Әsas diqqәti münasibәtlәrә yönәldin.
TӘRӘZİ - Dünәndәn mәnfi enerjili Ay bürcünüzdә olduğundan fәaliyyәtinizdә bәzi neqativliklәr ola bilәr. Әzm göstәrin ki, nәticә uğurlu olsun. Axşam ürәyinizә yaxın simsarlarınıza baş çәkin.
ӘQRӘB - Mövcud problemlәrinizi hәll etmәk üçün kәnardan dәstәk almalısınız. Әks tәqdirdә uğursuzluqla üzlәşәcәksiniz. Saat 14-17 aralığı bu baxımdan olduqca әlverişlidir.
OXATAN - Hiss olunur ki, sәhhәtiniz ürәkaçan deyil. Lakin narahatçılığa әsas yoxdur. Çünki bütün hallarda hәkim әlinә düşmәyәcәksiniz. Nahardan sonra şad xәbәr eşidәcәyinizә inanın.
OĞLAQ – Qarşınızda füsunkar bir tәqvim var. Bәxtinizә inanırsınızsa risk etmәyә dәyәr. Çünki gözlәnilmәz sürprizlәr yolunuzu gözlәyir. İstәnilәn ikitәrәfli әmәkdaşlıq uğurludur.
DOLÇA - Yaxşı olar ki, saat 13-ә qәdәr bütün vacib işlәrinizi tәxirә salasınız. Әks tәqdirdә cәhdlәriniz boşa çıxacaq. Sonrakı saatlarda isә perspektivli sövdәlәşmәlәrin iştirakçısı olacaqsınız.
BALIQLAR - İxtiyarınızda olduqca gәrgin bir gün durur. Bәri başdan bütün vacib işlәrinizi tәxirә salın.
BAKU.WS

Oxşar xəbərlər
Bu gün bəxtiniz gətirəcək
Astroloqlar bu günə olan proqnozu açıqlayıb. QOÇ – Üzәrinizә düşәn başlıja vәzifә mövqelәrinizi qәtilәşdirmәk, tәrәfdaşlarınızı sınamaq vә yeni layihәlәri re...